İsrail baş naziri Benjamin Netanyahunun şəxsi iqamətgahı hədəfə alınıb

Bu gün Hizbullah İsrailə 120-dən çox raket və dronlarla hücum edib.

Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hədəfə alınan yerlərdən biri də İsrail baş naziri Benjamin Netanyahunun paytaxt Tel-Əviv yaxınlığında yerləşən iqamətgahı olub.

Məlumata görə, pilotsuz uçuş aparatı sözügedən binaya zərbə endirə bilib.

Netanyahunun ofisindən xəbər verilib ki, hücum zamanı baş nazirin özü iqamətgahda olmayıb.

Leave A Reply