Bu gün İsveçdə “Fiziologiya və ya Tibb sahəsi üzrə Nobel mükafatı”nın qalibi elan olunub.
Nobel mükafatına macar alim Katalin Kariko və amerikalı Drew Weissman layiq görülüb.
Onlar bu mükafata COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nukleozid bazasının modifikasiyası ilə bağlı kəşflərinə görə layiq görülüblər.
Alimlərin kəşfi Pfizer və Moderna vaksinlərinin hazırlanmasında istifadə olunub.