“Nobel Sülh Mükafatı”nın qalibi məlum olub.

Yaponiyanın Nihon Hidankyo təşkilatı sözügedən kateqoriya üzrə 2024-cü ilin laureatı elan edilib.

Xirosima və Naqasakiyə atom bombası atılmasından sağ çıxanların yaratdığı bu hərəkat Hibakuşa adı ilə də tanınır.

Təşkilat uzun illərdir ki, Xirosima və Naqasakiyə atılan atom bombalarının qurbanlarının hekayələrindən nümunələr götürür və nüvə silahının təhlükələrini dünyaya çatdırır.
Create ad

Leave A Reply