Növbəti il minimum əmək haqqının 345 manat olaraq qalacaq.

 

Bu, “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

Qeyd edək ki, hazırda minimum əməkhaqqı elə 345 manatdır.

Yaşayış minimumu və ehtiyac meyarının həddi isə 246 manatdan 270-ə qaldırılıb.

Dünya Bankının yoxsulluq üzrə hesablamalarında günlük 11,8 AZN (6,85 dollar) qazanc yoxsulluq həddi sayılır. Bu ayda təxminən 350 manat edir.

Bir sözlə, Azərbaycanda minimum əməkhaqqını müəyyən edənlərin xalqa layiq gördükləri yaşayış səviyyəsi yoxsulluq həddinin altındadır.

Leave A Reply