Bu barədə “New York Post” qəzeti şəhərin polis rəisi Kisant Syuelə istinadən məlumat yayıb.
“Müasir şəhərimizi və gələcək dünyamızı qorumaq üçün əməkdaşlarımızın bu işi təhlükəsiz və effektiv şəkildə yerinə yetirmək üçün zəruri olan alətlər və texnologiyalarla təchiz edilməsi vacibdir”
Qəzetin yazdığına görə, polis artıq ümumi dəyəri təxminən 750 min dollar olan iki “rəqəmsal itdən” istifadə edir. Onlar mikrofon, kamera və sensorlarla təchiz olunub.