Hüquq müdafiəçisi xəstəxanaya yerləşdirilib

Oqtay Gülalıyevin vəziyyətinin ağırlaşdığı bildirilir.

Bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev “Facebook” səhifəsində məlumat yaylb.

Bildirib ki, avqustun 5-də Oqtay Gülalıyevin qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyəti kəskin şəkildə pisləşib:

“Atamın səhər erkən saatlarında qastrostomiya borusu boşluqdan çıxdığı üçün Topşubaşov adına klinikaya aparılıb. Orada ona müvəqqəti qastrostomiya borusu yerləşdiriblər. Ancaq daha öncədən TƏBİB-in dəstəyiylə həmin xəstəxanada qastrostomiya borusunun bərpası olub. Günün ikinci yarısında həkimin razılığı ilə atamı evə gətirdikdən sonra qastrostomiya borusuyla yemək verildikdə o titrəməyə başlayıb və temperaturu 40-42 dərəcəyə qədər yüksəlib. Təcili olaraq KT keçirilməsi üçün süni nəfəsin tətbiqilə Mərkəzi Klinik Xəstəxanasına apardıq. Həkimlər vəziyyətinin kritik olmasını beyinlə əlaqələndirir”.

Təbriz Gülalıyev hazırda Oqtay Gülalıyevin vəziyyətinin normallaşması və KT olunması üçün reanimasiyaya alinacağını vurğulayıb:

“Atamla bağlı durumlar TƏBİB-in nəzarəti altındadır”.

Oqtay Gülalıyev 29 oktyabr 2019-cu il axşam saatlarında piyada keçidində gedərkən onu taksi vurub. O, xəstəxanaya çatdırılıb. Həkimlər Oqtay Gülalıyevə kəllə sümüyünün sınığı və beyin zədələnməsi diaqnozunu qoyublar.

Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.

Sonra Heydər Əliyev Fondunun köməyilə xəstəni İstanbula göndəriblər, orada ağır müalicədən sonra vəziyyəti tədricən yaxşılaşmağa başlayıb. Xəstə uzunmüddətli komadan çıxmağa başlayıb.

Hazırda Gülalıyev müalicəsini evdə davam etdirir.
Mənbə:Meydan TV

Leave A Reply