🇺🇿 ⚽️ 💰 100 min avroya aldılar, 40 milyon avroya satırlar

Fransanın “Lans” klubunun müdafiəçisi Abdukodir Xusanov karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

20 yaşlı müdafiəçinin transferi üçün “Mançester Siti” 40 milyon avro ödəyəcək. Onunla 2029-cu ilin yayına kimi müqavilə imzalanacaq.

Futbola Özbəkistanın “Bunyodkor” klubunda başlayan Xusanov 2022-ci ildə Belarusun “Energetik” klubuna keçib. Onun keçidi üçün “Energetik” heç bir ödəniş etməyib. 2023-cü ilin yayında isə Xusanov 100 min avro qarşılığında “Enegretik”dən Fransanın əLans” klubuna keçib.

Leave A Reply