Ölkənin vəziyyətinə baxın!

Özünü yandıraraq, intihar edən vəkil Zaur Məmmədov Bakıda hansısa müstəntiqə 10 min manat veribmiş.

İntihar edən vəkilin yaxın dostu olan Aşur Bədəlsoy yazır:

“Son olaraq dost kimi deyim haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biriydi.

Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi.

İşin həll olmadığını müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin də bunu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini dedi. Zaur müəllim də çarə tapmadığını və özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini olmasa özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını dedim. Səbrli olmağını dedim və bir də bir neçə başqa işlərdə pullar verdiyini dedi. Onlar da buna bəlli zaman vaxt verdiyini və o zaman həll edəcəklərini bildirdiyini dedi.

Bugün səhərdən də əlaqə saxlaya bilmədim. Narahat oldum. Sonra xəbəri yayıldı”

Leave A Reply