Donald Tramp Panama kanalını geri almaqla hədələyib

Arizona ştatında mühafizəkar qrupların təşkil etdiyi AmericaFest tədbirində çıxış edən Tramp belə deyib:

“Kanal Panama və Panama xalqına verilib, amma müddəalar var. Bu səxavətli jestin prinsiplərinə, istər əxlaqi, istərsə də hüquqi, hörmət edilməzsə, biz Panama kanalının tam şəkildə, dərhal və sorğu-sualsız bizə qaytarılmasını tələb edirik”, – deyə Tramp bildirib.

Tramp kanalın “yanlış əllərə” keçməsinə imkan verməyəcəyini bildirib və Çinin su yoluna təsiri barədə xəbərdarlıq edib.

Leave A Reply