“Sizə dəlixanada uğurlar” deyib sığınacaq istəyib.

“Pegasus” şirkətinin ekipaj üzvü Serhat Temel sığınacaq üçün Almaniyaya müraciət edib.
İstanbul-Düsseldorf uçuşundan sonra geri dönmək istəməyən Türkiyə vətəndaşı Almaniyadan sığınacaq istəyib.
Serhat Temel “X” (keçmiş “Tvitter”) platformasında belə yazıb:
“Mən Türkiyənin həm şəraitinin, həm də indiki vəziyyətini, qaçqınların, mafiyaların, fürsətçilərin olduğu, insanların küçədə gedərkən belə öldürüldüyü bir ölkəni qəbul etmirəm və yaşamaq istəmirəm”.