2023-cü il mayın 21-də həbs olunan Şəmsiyyə Manafova bu il sentyabrın 18-də azadlığa buraxılıb.

53 yaşlı Şəmsiyyə Manafova narkotik ittihamı ilə təqsirləndirilib. 

Məhkəmə prosesinin sonunda prokuror ittihamdan imtina edib. Dövlət ittihamçısı təsdiqləyib ki, Şəmsiyyə Manafovaya qarşı ittiham məhkəmədə sübuta yetirilməyib.

Müdafiə tərəfi məhkəməyə videogörüntü təqdim edib. O görüntüdə 6-cı polis bölməsinin əməkdaşı Şəmsiyyə Manafovanın yaşadığı evin yanına gəlir, avtomobildən sellofan torbanı götürüb, onun gəlini Türkan Manafovaya verir. Bu isə polislər evə gəlməmişdən az əvvəl baş verir.

Müdafiə tərəfi məhkəməyə həmçinin Şəmsiyyə Manafovanın gəlini Türkan Manafova ilə 6-cı polis bölməsinin rəhbərliyi və əməkdaşları arasında olan danışıqları da təqdim edib. 

Danışıqların məzmunundan belə aydın olur ki, Şəmsiyyə Manafovanın cibinə və evinə narkotik atılaraq, onun həbs olunması planı 6-cı polis bölməsində Anar adlı şəxsin göstərişi əsasında həyata keçirilib. 

Leave A Reply