Ukrayna Avropanı COP29-u boykot etməyə cağırır

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Ukrayna bu barədə Kremlin sözçüsü Dmitriy Peskovun açıqlamasından sonra çağırış edib.

Peskov deyib ki, Putin COP29-da Rusiyanı şəxsən təmsil edə bilər, lakin hələ yekun qərar qəbul edilməyib.

Daha əvvəl də Rusiyadan açıqlama verilmişdi ki, COP29-da Rusiyadan baş nazir Mişustin və ya prezident Putin iştirak edəcək.

Ukraynanın Avropa İttifaqındakı səfiri Çentsov Vsevolod “Politico”ya açıqlamasında deyib ki, əgər Putin COP29-da iştirak edəcəksə, beynəlxalq ictimaiyyət nu sammiti boykot etməlidir.

“Biz bu təzyiqi göstərməliyik və tərəfdaşlarımız Azərbaycana açıq şəkildə deməlidirlər ki, əgər Putin orada olacaqsa, onlar iştirak etməyəcəklər,” – deyə o bildirib. 

Leave A Reply