Qərbi Kaspi Universiteti

Dövlət tələbələrin təhsil haqqını ödəmir. Qərbi Kaspi Universitetində ödənişsiz əsasda təhsil alan tələbələrdən pul tələb olunub.

Tələbələrə deyilib ki, ödəniş etməyənlər imtahana buraxılmayacaq:

“Dövlət sifarişi ilə təhsil alan tələbələrə dünən universitetdən deyiblər ki, dövlət sizin ödənişləri tam ödəyə bilmir, ona görə də qalan pulları siz ödəməlisiniz. Ödəməsəniz, imtahanlara buraxılmayacaqsınız. Biz hansı sənəd əsasında pul ödəməliyik, niyə ödənişsiz qəbul olunduğumuz halda pul ödəməliyik?! Anlaya bilmirik”, – tələbələrdən biri deyib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi isə açıqlama verib ki, dövlət sifarişi ilə təhsil alan tələbələrdən təhsil haqqı tələb etmək qanunaziddir. Bu kateqoriyaya aid olan tələbələrin xərcləri dövlət tərəfindən ödənilməlidir.

Qərbi Kaspi Universiteti isə bildirir ki, problem elə dövlətin tələbələrin təhsil haqqını ödəməməsidir:

“Əvvəllər bu vəsait Elm və Təhsil Nazirliyi tərəfindən ödənilirdi. Hazırda isə proses Maliyyə Nazirliyi tərəfindən idarə olunur və təqdim edilən sənədlər əsasında birbaşa tərəfdaşlara köçürülür. 2025-ci ilin sentyabr-dekabr ayları üçün universitetə ayrılan vəsaitin əhəmiyyətli hissəsi xərclənsə də, müəyyən hissəsi qalıq şəklində qalmışdı”.

Leave A Reply