Qəzzada indiyə qədər ən az 5087 nəfər həlak olub.

Bu xəbəri Fələstin Səhiyyə Nazirliyi yayıb. Məlumata görə, İsrailin hücumu nəticəsində qətlə yetirilənlərin 2055-i uşaq, 1119-u qadın olub.

İsrailin təkcə dünən gecə Qəzzaya endirdiyi zərbələr nəticəsində 182-si uşaq olmaqla azı 436 nəfər həlak olub.

Qeyd edək ki, İsrail-Fələstin münaqişəsi 2 həftə əvvəl yenidən alovlanıb. Oktyabrın 7-də Həmas İsrailə qarşı ölümcül reyd həyata keçirib, nəticədə İsrail tərəfdən ən azı 1400 nəfər ölüb, 222 nəfər isə girov götürülüb.

Leave A Reply