Erməni rejissorun telefonla çəkdiyi kino beynəlxalq festivalın qalibi olub.

Rejissor Şoğakat Vardanyanın “1489” filmi Hollandiyanın məşhur İDFA beynəlxalq sənədli film festivalında qalib seçilib.

Filmin mövzusu rejissorun şəxsi həyat hekayəsidir. Onun qardaşı İkinci Qarabağ Müharibəsi zamanı orduya yollanıb, itkin düşüb, daha sonra isə qalıqları tapılıb.

Rejissor bu prosesi öz telefonu ilə çəkərək filmə çevirib.

Erməni rejissorun mükafat alması Azərbaycanın ədəbiyyat və kino xadimlərini arasında narazılıq yaradıb. Kino xadimləri 3 il ərzində Qarabağ müharibəsinə dair dünya səviyyəli kino çəkilməməsindən narazıdırlar. 

Leave A Reply