Qarabağda beynəlxalq müşahidə missiyası yerləşdiriləcək

İlham Əliyev bu məsələdə ABŞ dövlət katibi Antoni Blinkenə razılıq verib.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, bu qərar Antoni Blinkenin birbaşa prezident Əliyevi sövq etməyə çalışdığı bir məsələ olub.

Sözçü qeyd edib ki, Qarabağda müşahidəçi missiyasının yerləşdirilməsi Laçın dəhlizinin açıq saxlanılması və humanitar yüklərin gəlməsinin mümkünlüyü deməkdir:

“Birləşmiş Ştatlar istəyir ki, tərəflər ləyaqətli və davamlı sülhün əldə oluna biləcəyi danışıqlar masasına qayıtsın”.

Hazırda beynəlxalq müşahidə missiyasının Qarabağa yerləşdirilməsinə dair müzakirələr İlham Əliyevlə ABŞ-ın Bakıya səfər edən iki yüksək vəzifəli məmuru – USAID-in rəhbəri Samanta Pauer və dövlət katibinin köməkçisi Yuri Kim tərəfindən aparılır.

Leave A Reply