Adambaşına 478 dollar!

Qayana neftdən gələn pulları xalqa paylayacaq. 

Bu haqda ölkənin prezidenti Irfaan Ali məlumat verib. Prezident deyib ki, ölkədə neft sektorunu inkişaf etdirdikdən sonra qazancını vətəndaşlarla bölüşmək qərarına gəlib.

Xaricdə yaşayan vətəndaşlar da daxil olmaqla adambaşına 478 dollar birdəfəlik ödəniş ediləcək.

2019-cu ildən neft hasilatına başlayan ölkənin iqtisadiyyatı son illər ərzində üç dəfə böyüyüb. 

Bir vaxtlar regionda ən aşağı göstəricilərə malik ölkələrdən biri olan Qayana hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir.

Leave A Reply