Azərbaycanda cərimələr artırılır, yeni cərimələr müəyyənləşdirilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Təklif edilən dəyişikləri sizə təqdim edirik:
Avtobus yoluna girənlər 100 manat cərimə ediləcək.
“Qırmızı”da keçənlər 100 manat cərimələnəcək.
Saxta parkovşiklər 200 manat məbləğində cərimə olunacaqlar.
Velosiped yoluna girənlər 100 manat cərimə olunacaq.
“Prava”sız maşın sürənlər 200 manat cərimə ediləcək.