Türkiyənin ən çox güvənilən araşdırma mərkəzlərindən biri olan Metropoll yeni sorğu paylaşıb. Türkiyədə keçirilən sorğunun nəticələrinə görə, cəmiyyətin yarıdan çoxu prezident Ərdoğanın öz işini görməsini bəyənmir. Prezident Ərdoğanın işinin bəyənənlərin sayı 39,3%-ə düşüb.
“Türkiyənin Nəbzi Noyabr 2021” sorğusuna əsasən, seçicilərin 54,5%-i prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğanın prezidentliyini həyata keçirmə tərzini bəyənmir.
Respondentlərin 39,3%-i “Bəli, razıyam”, 54,5%-i “Xeyr, təsdiq etmirəm” cavabını verib. 6,2% isə heç bir fikri və ya cavabı olmadığını bildirib.
Qeyd edək ki, sözügedən sorğu lirənin son ucuzlaşmasından əvvəl aparılıb.

Leave A Reply