Almaniya 18 yaşı tamam olan gənclərə “start-up kapitalı” verilməsini müzakirə edir.
Həm gəlir bərabərsizliyini aradan qaldırmaq, həm də gənclərin iqtisadi həyata daha asan daxil olması üçün bu cür təklif irəli sürülüb. Təklif Almaniya mətbuatında böyük maraqla qarşılanıb.
Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW) 18 yaşından yuxarı hər bir alman gəncə 20 min avroluq “başlanğıc kapitalı” verilməsini tövsiyə edib. Təklif bir çox dairələrdən dəstək alıb.
Hökumət protokolunda ev sahibliyinin təşviqi, şirkət və fərdi pensiya planlarının təkmilləşdirilməsi, gəlir vergisi üzrə ödənişlərin artırılması planlarının olduğunu deyən DIW-nin vergi ekspertləri dövlətdən belə pulların alınmasının 18 yaşı olan hər kəs üçün çox cəlbedici olacağını deyiblər.
Mətbuata açıqlama verən DIW əməkdaşı Stefan Bax, “Cəmiyyətdəki sərvət bərabərsizliyi də bu şəkildə azalacaq” deyən pulun nağd deyil, təhsil, təhsilin davam etdirilməsi, mülk sahibliyi, fərdi məşğulluq və ya biznesə başlamaq üçün verilə biləcəyini bildirib.
Bunun Almaniya iqtisadiyyatı üçün müxtəlif fondlar və ya əmlak vergiləri hesabına 15 milyard avro dəyərində olacağı qeyd edilib.

Leave A Reply