Azərbaycanda ehtiyatda olan ABŞ Hərbi Hava Qüvvələrinin generalına konsultasiya üçün gündəlik 5000 dollar təklif edilib.
Belə bir iddia ilə “The Washington Post” nəşri çıxış edib. Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İndoneziya kimi ölkələrin arasında Azərbaycanın da adı hallanıb.
Araşdırmaya görə, 500-dən çox təqaüddə olan ABŞ hərbi qulluqçusu, o cümlədən bir çox general və admiral 2015-ci ildən bəri əsasən insan haqlarının pozulması və siyasi repressiyalarla tanınan ölkələrin hökumətlərinə işləyib və külli miqdar gəlir əldə ediblər.
Foto: The Washington Post qəzetinə məxsus bina
ABŞ federal qanunlarına əsasən, təqaüddə olan ABŞ hərbi qulluqçuları üçün xarici hökumətlərdən ABŞ-a and içmiş sədaqətlərini poza biləcək dəyərli hər hansı bir şey almaq qadağandır.

Leave A Reply