“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu Elon Mask “Twitter”i alıb. Reuters yazır ki, Twitter 44 milyard dollara satılıb.

Twitter-də edilən açıqlamada şirkətin hər səhmini 54,2 dollara Maska satmaq üçün razılığın əldə edildiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, əməliyyat başa çatdıqdan sonra Twitter özəl şirkətə çevriləcək.

“İfadə azadlığı fəaliyyət göstərən demokratiyanın təməl daşıdır və Twitter bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edən məsələlərin müzakirə edildiyi rəqəmsal şəhər meydanıdır” dedi Musk.

Twitter-i hər zamankindən daha yaxşı etmək istədiyini bildirən Musk, Twitter-in böyük potensiala malik olduğunu və bunu ortaya çıxarmaq üçün şirkət və istifadəçilərlə işləməyi səbirsizliklə gözlədiyini qeyd etdi.

Daha əvvəl Twitter-də 9,2 faiz pay alan Mask aprelin 14-də verdiyi açıqlamada bütün Twitter üçün hər səhmə 54,2 dollar təklif etmişdi.

Leave A Reply