Qvadalupe serialı yadınızdadır?
Eyni adda Qəraib dənizində yerləşən ada var.
Bu ada bizim üçün yeni Yeni Kaledoniya ola bilər.
Bu barədə “Qvadelupe Milli Alyansı” təşkilatının nümayəndəsi Patrik Tasita danışıb:
“Biz Azərbaycanın qlobal gücünə güvənərək ondan kömək istəyirik”.
Tasita bildirib ki, Qvadelupenin əhalisi dörd əsrdir Fransanın əsarəti altında yaşayır və ölkədə müstəqillik tərəfdarı olanlar Fransa tərəfindən təzyiqlərə məruz qalır:
“Bizim çox böyük resurslarımız var və buna görə də Fransa ərazimizi tərk etmək istəmir. Biz Azərbaycanın qlobal gücünə güvənərək sizdən kömək istəyirik”