Yevlaxda rəsmi Bakı ilə Qarabağ erməni icması arasında baş tutan görüş sona çatıb.
Həmin vaxtda erməni mənbələri Xankəndidə atəşkəsin pozulduğuna dair videogörüntülər yayıb.
İddialara görə, Azərbaycan Ordusu Xankəndi şəhərinə doğru irəliləyir.
Xankəndi yaxınlığında 2 kəndin Malıbəyli və Quşçuların (Armenavan və Açapnyak) Azərbaycan Ordusunun nəzarətinə keçdiyi bildirilir.
Görüş bitdikdən sonra İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.
Görüşün detalları ilə bağlı ictimaiyyətə məlumat veriləcəyi deyilir.