Rivaldo Braziliyada dövlət çevrilişində ittiham olunur.
Təqsirləndirilənlər arasında futbolçu Neymarın bacısı Rafaella Santos da var.
Bu barədə “Marca” idman nəşri xəbər yayıb.
Məlumata əsasən, prokurorluq Rivaldo və Rafaela Santosu iğtişaşlar və dövlət çevrilişinə cəhdləri maliyyələşdirməkdə ittiham edib.
İğtişaşlar hazırkı prezident Lula da Silvanın seçkilərdə keçmiş prezident Jair Bolsonaro üzərində qələbəsinə qarşı təşkil olunub. Rivaldo iğtişaşların təşkilinə 10 min avro ianə verməkdə ittiham edilir.