Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) sentyabrın 24-də bildirib ki, Avifavir dünyada koronavirusa qarşı ilk qeydiyyatdan keçmiş, favipiravir əsaslı dərmandır, Rusiyada COVID-19-un müalicəsində istifadəsi təsdiqlənib
Rusiyanın dövlət fondu və onun tərəfdaşı olan ÇemRar daha 17 ölkə ilə Avifavir adlı COVID-19 dərmanının çatdırılması üzrə razılaşma imzaladığını bildirir.
Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) sentyabrın 24-də bildirib ki, Avifavir dünyada koronavirusa qarşı ilk qeydiyyatdan keçmiş, favipiravir əsaslı dərmandır, Rusiyada COVID-19-un müalicəsində istifadəsi təsdiqlənib.
Favipiravir Yaponiyada hazırlanıb, virus müalicələrində geniş istifadə olunur.
Remdesivirdən 3-4 dəfə ucuz
“Geniş klinik sınaqlarımıza və Yaponiyada favipiravirin koronavirusa qarşı effektini təsdiqləyən tədqiqata söykənərək inanırıq ki, Avifavir və digər favipiravir əsaslı məhsullar dünyada COVID-19-a qarşı aparıcı antivirus dərmanları olacaqlar”, – fondun rəhbəri Kiril Dmitriyev bəyanatında deyib. Onun sözlərinə görə, favipiravir əsaslı dərmanlar COVID-19-un müalicəsində tətbiq olunan remdesivirdən 3-4 dəfə ucuzdur.
Rusiya virusa qarşı dərmanların hazırlanması və tətbiqində öndə getməyə çalışır. Dünyada bu xəstəlikdən 965 mindən çox insan vəfat edib.
Rusiya öz vaksinindən elə arxayındır ki… – Qərb mediası
Ancaq hakimiyyət Sputnik-V vaksininin üçüncü sınaq mərhələsindən keçmədən, bu haqda məlumat dərc olunmadan təsdiqlədiyinə görə tənqid olunur. Vaksini Gamaleya İnstitutu fondun dəstəyilə hazırlayıb.
Ötən həftə yumşaq-orta simptomlu xəstələr üçün R-Pharm şirkətinin “Coronavir” müalicəsi təsdiqlənib. Şirkət bu dərmanın elə bu həftədən Rusiyada apteklərə çatdırılacağını bildirib.
RBİF artıq “Avifavir” dərmanının Belarus, Boliviya, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistana çatdırıldığını açıqlayıb. Dərman indi də Argentina, Bolqarıstan, Braziliya, Çili, Kolumbiya, Ekvador, El Salvador, Honduras, Küveyt, Panama, Paraqvay, Səudiyyə Ərəbistanı, Serbiya, Slovakiya, Cənubi Afrika, BƏƏ və Uruqvaya göndəriləcək.
Mənbə: Azadlıq Radiosu