Rusiya-Azərbaycan gərginliyi
Azərbaycanın Moskvadakı diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan Azərbaycana deportasiya edilib.
Bəxtiyar Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv edilib. Bəxtiyar Həsənov bu ilin iyun ayında hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilmişdi.
Axşam saatlarına yaxın isə Azərbaycan Baş Prokurorluğu məlumat yayaraq, üç Rusiya vətəndaşının beynəlxalq axtarışa verildiyini bildirib.
Axtarışa verilən şəxslər bunlardır:
- “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç
- Siyasi məsləhətçi və media eksperti Uralov Semyon Sergeyeviç
- Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç.
Axtarışa verilən şəxslər Azərbaycana qarşı zorakılıq, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün pozulması və milli nifrət çağırışları etməkdə şübhəli bilinirlər.
Rusiya-Azərbaycan gərginliyi