🇺🇦 😮 🇦🇿 Zelenskidən yeni açıqlama!
Ukrayna prezidenti Volodimir Zelenski, 2024-cü ilin sonundan sonra Rusiya qazının Ukrayna ərazisindən tranzitinə icazə verilməyəcəyini açıqlayıb: “Rusiya bizim qanımız üzərindən milyardlar qazanmamalıdır”.
Zelenski bildirib ki, bu qadağa Rusiyadan gələn və “Azərbaycan qazı” adı ilə satılan qaz axınına da şamil ediləcək.
Bu qərar, Rusiya qazına yüksək dərəcədə asılı olan Slovakiya üçün çətin vəziyyət yarada bilər. Slovakiya Rusiyadan hər il 3 milyard kubmetr qaz idxal edir.
Ukrayna ilə “Qazprom” arasındakı tranzit müqaviləsinin müddəti bu ilin sonunda başa çatacaq. Zelenski hökuməti bu tranziti müqaviləni uzatmaqdan imtina edib. Qeyd edək ki, Rusiya Avropaya ixrac etdiyi qazın yarısını bu saziş sayəsində Ukrayna vasitəsilə həyata keçirir.