“Plazalar kralı”nın oğlu həbs edilib.
“AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi həbs edilib.
Şirkətin vitse-prezidenti Qafar Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir.
Məlumatab görə, Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsib. Müxtəlif növ ağacların məhv edilməsi nəticəsində isə təbiətə 8 milyon manatdan çox ziyan dəyib.
Məhkəmənin qərarı ilə Qafar Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. “Plazalar kralı” işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.