Sifariş verən, tikən, pulu alan – hamısı özləridir.

Sabunçu tunelini su basması nəticəsində iki nəfər boğularaq ölüb.

Hadisədən sonra Bakının icra başçısı Eldar Əzizov deyib ki, “Ola bilsin tikinti zamanı bəzi nöqsanlara yol verilib”.

Həmin tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib.

2020-ci ildə, açılış zamanı ADY-nin sədr muavini Zaman Novruzov tuneldə subasmalara qarşı nasosxana tikildiyini açıqlamış və görülən işləri tərifləyib.

“Körpü Bina Tikinti” MMC-nin direktoru Xəlil Göyüşovdur.

Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov bir neçə il əvvəl Almaniyanın Hamburq şəhərində 40 milyon avroluq “ARENA OTEL”ini (AGO Park Hotel Betriebs GmbH, Hamburg) alıb.

Leave A Reply