Şahruddin Bolqarıstanla oyundan sonra azarkeşlər barədə danışıb.

O, jurnalistin az sayda azarkeşin gəlməsinin əsas günahkarı kimdir sualına belə cavab verib:

“Birinci günahkar bizik. Çünki nəticə yoxdursa, dünyanın harasında olursa olsun, azarkeş stadiona gəlmir. Öz oyunumuzla bu vəziyyəti dəyişməliyik. “Qarabağ”ın avrokubok oyununda stadionda izdiham yaşanır. Yenə deyirəm ki, mən azarkeşləri qınamıram. Üstəlik, bu gün hava da soyuq idi. Açıq deyim ki, azarkeş olsaydım, mən də stadiona gəlməzdim. İsti çayımı içərək matça televizordan baxardım.“

Leave A Reply