Maaş problemi, futbolçular narazılq edir
“Şamaxı” futbol klubu bəzi oyunçular ilə yollarını ayırıb.
Klubdan ayrılan futbolçular iki aya yaxındır maaş ala bilmədiklərini deyirlər:
“Klubda qalanların pulunu veriblər, bizim isə yox. Get-gələ salırlar. Nə vaxt zəng vururuq, gözləyin deyirlər. Pul yoxdursa, komandada saxladıqları futbolçuların maaşlarını haradan alıb. Deyirlər ki, kimə istəyirsiniz, şikayət edin, bizə heç kim heç nə edə bilməz”.
“Şamaxı” klubunun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov bildirib ki, komandadan ayrılan bütün futbolçuların borcları ödəniləcək.