Marneulidə seçki qutusuna topa bülleten atan şəxs polis tərəfindən saxlanılıb.
Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili danışıb.
Onun dediyinə görə, hadisəylə bağlı araşdırma aparılır:
“Cəmi bir neçə hadisə qeydə alınıb və hər biriylə bağlı ölçü götürülüb. Səsvermənin təkrar keçirilməsinə dair ittihamlarla bağlı dünən ATƏT/ODİR-in rəhbərinə sual verildi, o da bircə faktı göstərdi – Marneulidəki hadisə. Həmin şəxs isə saxlanılıb və iş üzrə istintaq gedir”.
Sözügedən şəxs Rövşən İsgəndərovun Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə şəkli yayılıb. Sosial şəbəkələrin Gürcüstan seqmentində paylaşılan şəkil müzakirələrə səbəb olub.
