
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) 12 mindən çox Şimali Koreya hərbçisinin Ukraynadakı müharibəyə göndərilmək məqsədi ilə döyüş təlimi keçmək üçün Rusiya Federasiyasına gəldiyini bildirib.
Bildirilir ki, həmin bölmələr əvvəllər Şimali Koreya lideri Kim Çen In tərəfindən şəxsən yoxlanılıb.
Zelenski NATO-nun Brüsseldə keçirilən sammitində jurnalistlərə deyib ki, “məndə olan kəşfiyyat məlumatlarına görə, onlar 10 min əsgər, quru qoşunları, texniki personal hazırlayırlar”.
Kremlin sözçüsü Dmitri Peskov keçən həftə Şimali Koreya personalının Rusiyaya kömək üçün göndərilməsi ilə bağlı iddiaları “növbətu saxtakarlıq” adlandırıb.