Elxan Əliyev təcridxanada televizor pultunun batareyasını udub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev saxlandığı təcridxanada televizor pultunun batareyasını udub.

                       Foto: Hamam Times



Bu barədə o, Bakı Apellyasiya Məhkəməsində danışıb. E.Əliyev bildirib ki, qanunsuz həbsinə etiraz olaraq belə addım atıb.

Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılan E.Əliyevdən batareyanı əməliyyat yoluyla çıxarmaq istəsələr də, cəbhəçi fəal buna imkan verməyib:

“Dedilər ki, kimyəvi tərkiblidir, bədənə zəhərlənmə verəcək. Bu gün (mayın 27-də) məhkəməyə gətirilməzdən əvvəl qan analizi götürmək istədilər, qoymadım. Günahsızlığımı sübut etmək üçün başqa yol qoymayıblar. Mən artıq qərarımı vermişəm”.

Leave A Reply