SOCAR “Tamar” layihəsində iştirak payı aldı.
SOCAR “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan “Tamar” layihəsində 10 faizlik pay satın alıb.

“Tamar” təbii qaz yatağı Aralıq dənizində İsrail sahillərində yerləşir. “Tamar” layihəsinin operatoru ABŞ-ın “Chevron” şirkətidir.
2024-cü ilin mart ayına olan açıq mənbə məlumatlarına əsasən, səhmdarlar aşağıdakılardır:
Chevron Corp. (ABŞ) – 25%, Isramco (İsrail) – 28,75%, Mubadala Energy (BƏƏ) – 11%, Union Energy (Nigeriya)- 11%, Tamar Petroleum (İsrail) ) – 16,75%, Dor Gas (İsrail) – 4% və Everest (İsrail) – 3,5%.