Dərdinizi danışmağa jurnalist tapa bilirsiniz?
Son 5 ayda orta hesabla hər həftə bir jurnalist həbs edilib.
Bu, sadəcə media işçiləridir.
Keçən ilin sonundan bəri az qala hər gün həbs, siyasi mühakimə və işgəncə xəbərləri yayılıb.
AbzasMedia-ya hücum edilib, Toplum Tv-də basqın olub, Kanal 13 direktoru həbs edilib, Meclis İnfo rəhbərinə işgəncə verilib…
Həbs olunan jurnalist və media işçiləri bunlardır:
Ülvi Həsənli, Məhəmməd Kekalov, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı , Elnarə Qasımova, Əziz Orucov, Akif Qurbanov, Ruslan İzzətli, Ələsgər Məmmədli, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov, İlkin Əmrahov, Şamo Eminov, İmran Əliyev.