Dağlıq Qarabağ qarşıdurmasında Azərbaycan tərəfində vuruşacağı deyilən suriyalı döyüşçülərin Azərbaycana göndərildiyi iddia edilir. Türkiyə və Azərbaycan belə iddiaları rədd edir. BBC News Türkçe, tərəflərdən iddialarla bağlı tərəflərə suallar verib.
Son bir neçə həftədir ki, yayılan iddialara əsasən, suriyalı müxalifət döyüşçülərini Dağlıq Qarabağdakı müharibəyə göndərmək üçün planlar mövcuddur. Bəzi Suriya müxalifət komandirləri müvafiq siyahının tərtib edildiyini və bəzi silahlıların artıq bölgəyə getdiyini deyirlər. Lakin bu iddialar təsdiqlənməyib.
Bazar Qarabağda baş verən toqquşmalardan sonra, Ermənistan bölgədə 4000 suriyalı döyüşçünün olduğunu söylədikdə, iddialar beynəlxalq miqyas qazanmış oldu.
Türkiyə iddiaları rədd edib.
SADAT-ın (Türkiyə mərkəzləri hərbi konsaltinq şirkəti) qurucusu Adnan Tanrıverdi, suriyalıların Azərbaycana göndərilməsinə aidiyyəti olmadığını deyib.
Azərbaycan hökumətinin rəsmiləri BBC News Türkçeye deyiblər ki, “130 min hüquq-mühafizəçimiz var, Suriyadan xarici döyüşçü gətirmək istəmirik”, və əvvəllər Suriyaya döyüşə getmiş Azərbaycan vətəndaşlarını “terrorçuluq ittihamı” ilə həbsə almışıq.
Prezident İlham Əliyev Suriyadan Azərbaycana döyüşçülər gətirildiyi barədə iddiaları rədd edib.
“Daha bir saxta xəbərdir. “Suriyadan heç bir silahlı yoxdur. Suriyadan gələn döyüşçü yoxdur. Buna heç bir dəlil- sübut yoxdur”.
Onun sözlərinə görə, bu internetdə və müxtəlif KİV-lərdə yayılmış erməni təbliğatıdır.
Suriyalı müxalif: siyahılar hazırlanıb, 500 nəfər hərbi yük təyyarələri ilə Dağlıq Qarabağa gedib
BBC News Türkçe Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun (SMO) üzvü ilə söhbət edib. Adının açıqlanmasını istəməyən döyüşçüyə əsasən, bölgədəki silahlıların qrup liderləri Dağlıq Qarabağda Azərbaycan tərəfində döyüşmək istəyən könüllülərin adlarını alaraq, 1000 nəfərlik bir siyahı tərtib ediblər.
İlk mərhələdə 250 nəfərdən ibarət qrup, Suriyanın əməliyyatlar üçün istifadə etdiyi Kilisdə toplaşıb və buradan Gaziantepə keçərək, hərbi yük təyyarəsi ilə Azərbaycana çatdırılıb. Bundan bir neçə gün sonra, daha 250 nəfərlik qrup göndərilib.
Sultan Murad Briqadalarının bir hissəsi olan suriyalı döyüşçü, Azərbaycana gedənlərin hərbi bölgələrdə təhlükəsizlik qüvvələri olaraq xidmət edəcəyini və 1800 dollar maaş alacağını bildirib.
Sultan Muraddan başqa siyahıda Həmzə Briqadasından olan könüllülərin adları da var. Onların siyahiya salınması döyüşçülərin “çox təcrübəli olması ilə” əsaslandırılır.
BBC News Türkçe Cərablus, Afrin və Çobanbey bölgələrindən Azərbaycana yollandığı deyilən şəxslərlə birbaşa əlaqə saxlaya bilməyib.
Türkiyədən Liviyaya gedən suriyalı döyüşçülər də Sultan Murad Briqadalarına mənsub idi. Onlar Türkiyənin dəstəklədiyi Tripolidəki hökumət tərəfində vuruşublar.
Bazar günü Dağlıq Qarabağda toqquşmaların başlanmasından sonra, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Türkiyənin Azərbaycana 4 min suriyalı döyüşçü göndərdiyini bəyan etdi.
Bundan sonra Reuters agentliyi Afrindəki Əhrar əş-Şamla bağlı döyüşçülərin də Azərbaycana göndərmək üçün hazırlıqların aparıldığını bildirdi. Britaniyanın Guardian qəzeti isə, İdlibdəki bənzər vəziyyət haqqında yazdı.
Müxalifət komandirləri ilə danışan BBC News Ərəbcə, iddiaların həqiqətə uyğun olduğunu və bunların təxminən 10 gündür ki, davam etdiyini qeyd edir.
Söhbət etdiyimiz bir müxalifət komandiri də, Liviyaya döyüşməyə gedənlərin pul qazanmaq üçün bir daha könüllü olduqlarını və işin SADAT tərəfindən təşkil olunduğunu deyib.
Adnan Tanrıverdi: SADAT-ın Suriya və Azərbaycanla əlaqəli fəaliyyəti yoxdur
SADAT (Beynəlxalq Müdafiə Konsaltinq İnşaat Sənayesi və Ticarət A.Ş. – 2012-ci ildə təsis olunub) 1996-cı ildə briqada generalı rütbəsində istefaya çıxan, 2016-2020-ci illərdə prezident Recep Tayyip Erdoğanın müşaviri olmuş Adnan Tanrıverdinin yaratdığı “beynəlxalq müdafiə konsaltinq şirkətidir”.
SADAT-ın rəsmi saytına əsasən, şirkət məsləhət, təchizat və təlim xidmətləri göstərir; onun missiyası “İslam ölkələri arasında müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq mühiti yaratmaq” və İslam dünyasının “yetərli güc” olaraq, layiqli yer tutmasına “kömək etməkdir”.
BBC News Türkçenin əlaqə saxladığı Adnan Tanrıverdi son günlər yayılan iddiaları qəti şəkildə rədd edib.
“Bu iddiaların qətiyyən bir əsası yoxdur. Yalnız bu məsələ deyil, SADAT-ın Suriya və Azərbaycanla əlaqəli ümumiyyətlə heç bir fəaliyyəti yoxdur. SADAT-ın Suriyada da heç bir fəaliyyəti mövcud deyil”.
Türkiyə iddiaları rədd etdi
Prezident Recep Tayyip Erdoğan Dağlıq Qarabağ məsələsi ilə bağlı birmənalı şəkildə Azərbaycanı dəstəkləyir. Türkiyə Azərbaycana hərbi dəstək verərkən, Ermənistanla sərhədləri bağlı saxlayır.
Bazar günü başlayan qarşıdurmadan sonra Erdoğan, “Dağlıq Qarabağın işğalı ilə başlayan bölgədəki böhrana son qoyulmalıdır. İşğal olunmuş ərazilər Azərbaycan əraziləridir” deyib.
“Artıq hesablaşmaq vaxtı gəlib” deyən Erdoğana əsasən, Azərbaycan “öz göbəyini özü kəsmək məcburiyyətində qalmışdır”.
Xarici işlər naziri Mevlüt Çavuşoğlu da çərşənbə axşamı Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimlə görüşdən sonra, açıqlama ilə çıxış edib: “Yalnız bir həll yolu var, Ermənistan işğal etdiyi ərazilərdən geri çəkiləcək. İndi bu problemin konkret şəkildə həll olunmasını istəyirik.
Bu problemin sülh yolu ilə həlli üçün çox səy göstərdik. İndi bu problemi əsaslı şəkildə həll etmək istəyirik. Gəlin həll edək ki, Qafqaza sülh və sabitlik gəlsin,” – Türkiyənin xarici işlər naziri deyib.
Suriyalı döyüşçülərə dair iddialarla bağlı rəyini öyrəndiyimiz yüksək rütbəli təhlükəsizlik rəsmisi, deyib ki, bunlar “Ermənistanın təbliğatıdır”.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy da, iddiaları “əsassız ittihamlar” kimi dəyərləndirib.
Azərbaycan Suriyaya döyüşməyə gedən öz vətəndaşlarını həbs etdiyi halda xarici “döyüşçülərin gəlməsini nə üçün istəməlidir ki?”
BBC News Türkçenin mövzu ilə bağlı suallarını cavablandıran Azərbaycan Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin nümayəndəsi dr. Cavid Vəliyev ittihamları rədd edərək, Azərbaycanın bu döyüşçülərə ehtiyacı olmadığını deyib.
O, səfərbərlik elan edildiyini və azərbaycanlıların bölgəyə göndərildiyini deyib.
“Suriyalı döyüşçü buranın coğrafi vəziyyətini və şərtlərini bilmir,” – Cavid Vəliyev deyib.
“İşğala qarşı öz vətəndaşlarımızla birlikdə vuruşuruq. On minlərlə azərbaycanlı gənc silaha sarılaraq bölgəyə göndərildi. Suriyalı əsgərlərin gətirilməsi azərbaycanlı şəhidlərimizə hörmətsizlikdir. 10 milyon əhalimiz və 130 mindən çox fəal əməkdaşı olan hüquq-mühafizə orqanlarımız var. Bunu qısa müddətdə 300 minə çatdıra bilərik. Təhlükəsizliyi təmin etmək üçün kifayət qədər polisimiz var”.
Onun sözlərinə görə, Azərbaycan dünyəvi dövlətdir: “2014-cü ildən bəri Azərbaycandan Suriyaya müxtəlif qruplarda döyüşmək üçün gedən insanlar oldu və Azərbaycan onların hər birinə qarşı cinayət araşdırmasına başladı. Hamısı” terrorçu” kimi həbs edildi,” – Cavid Vəliyev davam edir.
“Azərbaycan öz ölkəsini Suriyaya döyüşməyə gedənlərdən qorumağa çalışarkən, onları geri buraxmamağa və cəmiyyətdən təcrid etməyə çalışdığı bir halda, xarici döyüşçülərin gəlməsini nə üçün istəməlidir ki?
Moskva şərh verməkdən yayınır
Rusiya prezidentinin mətbuat katibi çərşənbə axşamı günü keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan və Ermənistana qarşı hər hansı bir hərbi dəstək bəyanatı sanki alovu qızışdırmaq kimi bir şeydir.
“Biz bunun qətiyyən əleyhinəyik və problemin bu şəkildə həll edilməsini qəbul etmirik,”- Dmitri Peskov deyib.
Onun sözlərinə əsasən, Türkiyə də daxil, bütün ölkələr məsələnin diplomatik həllinə çalışmalıdır.
Suriyalı müxalif döyüşçülərin Dağlıq Qarabağa getməsiylə əlaqədar iddialar barədə sual verdiyimiz yüksək vəzifəli rusiyalı diplomat, bu mövzuda şərh verməyəcəyini deyib. O, Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin izlənildiyini söyləyib.