18 yaşlı əsgər ölümündən bir gün əvvəl diş ağrısı ilə tibb məntəqəsinə müraciət edib, ertəsi gün ağır təlimə çıxarılıb. Ana deyir ki, oğlunun ürəyində problem olduğu bilinsə də, onu hərbi xidmətə aparıblar.
Polis ailəyə əsgərin intihar etdiyini deyib, rəsmi açıqlama verilməyib. Müstəqil monitorinqə görə, bu ilin ilk doqquz ayında azı 44 hərbçi qeyri-döyüş şəraitində ölüb.