Britaniya kəşfiyyat xidməti Mİ6-nın rəhbəri Riçard Murun Bakı səfərindən sonra ingilis mediası Azərbaycan hakimiyyətini sərt tənqid edən məqalələr dərc edir.

“The Times”dan sonra Britaniyanın növbəti nüfuzlu mediası “The Guardian”da Azərbaycan barədə məqalə dərc olunub.

Məqalədə deyilir ki, Azərbaycan müharibə aparan bütün ölkələri COP29 müddətində, COP-dan bir həftə əvvəl və sonra atəşkəsə çağırır.

Hətta COP29 nəznində noyabrın 15-də xüsusi “sülh günü” də keçiriləcək.

Lakin tənqidçilər Azərbaycan hakimiyyətini ikiüzlülükdə ittiham edirlər:

“Əgər prezident İlham Əliyev Azərbaycanı həqiqətən də nümunə göstərmək istəyirsə, başqalarını hərəkətə keçməyə çağırmaq əvəzinə, Azərbaycanın neft-qaz iqtisadiyyatını karbonsuzlaşdırmağı öhdəsinə götürməli və COP29 başlamazdan əvvəl həbsdə saxladığı 300-dən çox siyasi məhbusu azad etməlidir”.

Leave A Reply