Britaniyanın nüfuzlu The Times qəzetində Azərbaycan hakimiyyəti barədə tənqidi məqalə dərc olunub
Məqalədə hakimiyyətin korlanmış imicini Formula-1 kimi layihələrlə təmizləyə çalışdığı vurğulanır.
Qeyd olunur ki, F1-in səhmdarlarından bəziləri yarışın Azərbaycanda keçirilməsini tənqid etsələr də, rəsmi Bakının yarış üçün həddən artıq ödəniş etməsinə görə razılıq verilib.
Lakin müəllif deyir ki, buna qarşı çıxanlar da var:
“Keçən həftə üç deputat Formula-1 rəhbərinə məktub yazaraq, onu “Azərbaycan kimi rejimlərə öz cinayətlərini Formula-1 kimi layihələrlə təmizləyə imkan verməməyə” çağırıb”.
Müəllif məqaləsini bu sözlərlə bitirib:
“Qorxuram ki, daha pis şeylər də olacaq”.