“Məni dələduzluqda ittiham etmək tərbiyəsizlik, ləyaqətsizlik və şərəfsizlikdir! Mən 75 yaşımda həbsxanadan çıxmaqdansa, ölümü seçirəm”.

Tofiq Yaqublu 9 illik həbs hökmünə etiraz olaraq aclıq aksiyasına başlayacağını deyib.

“Mənə qarşı açıq-aşkar cinayət törədilib. Saxta ittihamla, əsassız və qanunsuz olaraq, 1 il 3 aydır ki, həbsdə saxlanılıram. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuruyev mənim barəmdə PA-dan gələn hökmü elan etdi. Bu hökmü mənə İlham Əliyev verib.

Aclıq aksiyasının əsas məqsədi mənə qarşı açılmış saxta ittihamın xitam verilməsi və azadlığımın təmin olunmasıdır. Tələbim yerinə yetirilməyənədək aksiyanı dayandırmayacağam!”

Leave A Reply