Tofiq Yaqublu ali məhkəmə

Ali Məhkəmə Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun kassasiya şikayətini təmin etməyib.

Qərar aprelin 2-də hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub. Beləliklə, aşağı instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Siyasətçinin qızı Nigar Həzi bildirib ki, qərar Tofiq Yaqublunun iştirakı olmadan açıqlanıb.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 10 mart tarixli hökmü ilə o, dələduzluq və saxta sənəd hazırlama ittihamları əsasında 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihamları qəbul etməyən Yaqublu hökmə etiraz olaraq 40 gün davam edən aclıq aksiyası keçirib.

Tofiq Yaqublu uzun illərdir hakimiyyətin tənqidçilərindən biri kimi tanınır və müxtəlif dövrlərdə bir neçə dəfə saxlanılıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıdıqlarını bəyan ediblər.

Tofiq Yaqublu ali məhkəmə

Leave A Reply