TDT Zirvəsi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada təşkil olunan Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşündə çıxış edərək diqqətçəkən təkliflə çıxış edib.

Tokayev Rusiyanın “TDT+” formatına cəlb edilməsini və ya təşkilata müşahidəçi statusunda qatılmasını təklif edib.

Qazaxıstan lideri qeyd edib ki, Rusiya əsrlər boyu türk dünyası ilə sıx tarixi və mədəni əlaqələrə malik olub. Eyni zamanda, hazırda Rusiya ərazisində çoxsaylı türk mənşəli xalqlar yaşayır.

Prezidentin fikrincə, Moskvanın bu platformada təmsil olunması təşkilatın beynəlxalq miqyasda nüfuzunu daha da gücləndirəcək və bütün üzv dövlətlər üçün qarşılıqlı fayda təmin edəcək.

Leave A Reply