Donald Trupmdan yeni açıqlama var:

“Bizim İranla problemimiz var və çox yaxında, çox, çox yaxında nə isə baş verəcək”

Ağ Evdə jurnalistlərlə görüşən Donald Tramp deyib ki, İranla bağlı “önümüzdə maraqlı günlər” olacaq. Biz onların nüvə silahına sahib olmasına imkan verə bilmərik.

Tramp İranın ali rəhbərinə məktub göndərdiyini və yeni nüvə razılaşması üçün danışıqlar aparmağı təklif etdiyini də bildirib.

“Mən sülh sazişinə üstünlük verərdim, amma digər variant da problemi həll edəcək,” – Tramp əlavə edib.

Rəsmi Tehran Trampa cavab verib.

İran xarici işlər naziri Abbas Araqçi AFP-yə deyib ki, ABŞ maksimum təzyiq siyasətini davam etdirdiyi müddətcə İran birbaşa danışıqlara girməyəcək.

Leave A Reply