Bakıda yaşayan 27 yaşlı Sevil (ad şərtidir) deyir ki, insanlar onu görəndə narahat olurlar. Özünü qadın kimi hiss etdiyini ailəsinə deyəndə ailəsindən təzyiq görüb.

“Mən anamdan soruşdum ki, sən də qadınsan.  Özünü qadın kimi hiss etməyi niyə ayıb hesab edirsiniz? Bu sualıma anam cavab verə bilmədi”.

 

Qadın olmaq istədiyinizi ilk nə vaxt anladınız?

 

Hormon terapiyası ilə cinsiyyətini dəyişən Sevinc kiçik yaşlardan qadın olmaq arzusunda olmağa

“Yuxuda qadın olduğumu görəndə özümü çox xoşbəxt hiss etdim. Amma bu mənə çox qəribə gəldi, çünki oğlana oxşayırdım və hamı məni oğlan bilirdi”.

“Beş-altı yaşımda özümü fərqli hiss etdiyimi başa düşdüm”

“10 yaşım olanda sinif yoldaşlarımdan biri müəllimimizdən insanların cənnətdə necə görünəcəyini soruşdu və müəllim “necə istəyirlərsə” deyə cavab verdi.

“Çox həyəcanlı idim! Qız kimi görünmək üçün tez ölmək istəyirdim. İntihara meylim yox idi, amma əvvəllər bilmədiyim bir sirri öyrənmiş kimi hiss edirdim”.

Sevinc cinsini dəyişdirməyə 22 yaşında qərar verib. 2 ildən sonra yeni tanış olduğu çox insan onun kişi doğulduğunu başa düşə bilmədi.

İnsanlar sizə fərqli münasibət göstərirmi?

İki illik hormon terapiyasından sonra Sevinc deyir ki, insanlar onun trans olduğunu dərk etmirlər.

“Kişi olanda özümü daha tənha hiss edirdim. İnsanlar çox ünsiyyət qurmaq istəmirdilər. Məsələn, gecə gec saatlarda evə gedərkən qadınların məndən qorxduğunu anlaya bilirdim.

İndi mən yeriyəndə arxamda fit çalırlar və qadınların niyə belə hiss etdiyini başa düşürəm.

Bir qadın olaraq daha çox diqqət çəkirsiniz və hər kəs sizin üçün təhlükə yarada bilər.”

Sevincin diqqətini seksist ritorika da cəlb edib.

“Sən bunu özün yaşamayana qədər başa düşmürsən. Qız olduğun üçün başa düşmürsən kimi şərhlər çox eşidirəm. Mən insanlara kişi kimi böyüdüyümü deyirəm və əslində çox şeyi başa düşürəm”.

Sevinc deyir ki, qadın kimi yaşamağın pis tərəfi qadınların ona qarşı davranışlarının dəyişməsidir.

“Onlar ətrafdan mənə baxıb gülürlər.Barmaq ilə məni göstərib nə isə fısıldayırlar. Bir qadının qadına bunu etməsi dəhşətdir”.

“Kişilər isəmənim üçün qapı açır və ya köməyə ehtiyacım olub olmadığını soruşurlar. Onlar trans görəndə ağıllarına gələn ilk şey seks olur. Elə bilirlər mən onların hər cür təklifini qəbul edəcəm”.

 

Hormon terapiyası ilə bədənin necə dəyişdi?

Hormon terapiyası üz və bədən tüklərinin böyüməsini azaldır.

Sevinc deyir ki, hormon terapiyası təkcə bədən tüklərini azaltmır, həm də əzələlərinin strukturunu dəyişir.

“Bütün gücümü itirdim. Əvvəllər hər qol güləşi edəndə qalib gəlirdim. İndi yəqin ki, məni asanlıqla döyə bilərlər”.

Sevincin sözlərinə görə, hormon terapiyası onun xarici görünüşündən narazı qaldığı “qəribə proses” olub.

“Siz kişiyə və ya qadına oxşamırsınız. Ona görə də insanlar sizinlə necə danışacağını bilmirlər.

“O zamanlar özümü süni hiss etdiyim üçün çox əziyyət çəkirdim, başqa qadınlara bənzəmirdim. Özümə deyirdim ki, bütün qadınlar eyni görünməli deyillər. Hormon terapiyası olduqca bahadır. Güclə pul tapa bildim ancaq axırda bacardım”.

Özünüzü ilk dəfə nə vaxt qadın hiss etdiniz?

Bir kişi ona cinsi yaxınlıq göstərmək istəyəndə Sevinc həqiqətən özünü ilk dəfə qadın kimi hiss edib.

“Bir anlıq donub qaldım, bir anlıq yad birinin məni qadın görməsinə sevindim. Ancaq sonra bu diqqətə görə özümü çox iyrənc, narahat və günahkar hiss etdim. İndi isə özümü bu mövzularda daha rahat hiss edirəm”.

Ailənizə və dostlarınıza necə açıqladınız?

Cinsi dəyişdirildikdən sonra əmiləri, dayıları, bütün qohumları onunla danışmaqdan imtina etsə də, Sevinc deyir ki, ailəsi fərdləri sonradan onu qəbul edib.

“Anam mənim haqqımda çox şey öyrənməli idi. Öncələr o da alışa bilmədi. Hətta məni təhqir etdi. Ancaq indi biz daha yaxınıq, daha səmimi münasibətimiz var. Məni anam ən yaxşı başa düşən insandır. Bu barədə bir çox digər transseksual ve gey dostlarımdan şanslıyam”

Sevinc əksər transların şəxsi sualları cavablandırmaqdan narahat olduğunu deyir, lakin o, şəxsi həyatı ilə bağlı sualları da cavablandırmaqdan çəkinmir.

“Hazırda vizyajist kimi işləyirəm. İnsanlar trans görəndə elə bilirlər ancaq seks işçiliyi etməlidir. Öncəki iş yerlərimdə əziyyət çəkdim. Məcbur çıxdım. Ama hazırda çalışdığım gözəllik salonundakı müdürüm deyir ki, onun üçün ən əsası mənim bacarığım və insanlığımdır. Ancaq bir çox trans qadın ölkəni tərk etməli və ya seks işçiliyi məşğul olmalı olur”.

Sevinc ölkədə və dünyada öldürülən trans qadınları acıyla xatırlayır.

“Transfobiya və homofobiya bir çox insanı ələ keçirib. Elə bil bu bizim taleyimizdir. Öz bədənimiz barədə niyə qərar verə bilmirik axı?! Bizim də yaşamağa haqqımız var”.

İnsanların sizin haqqınızda nə bilməsini istərdiniz?

 Sevinc deyir: “Mən də hamı kimi insanam. Trans olmaq mənim həyatımın sadəcə bir hissəsidir. İnsanlar transların yanında çox diqqətli olmağa çalışırlar və bu, onların bizim haqqımızda gerçəkləri öyrənməsinə mane olur. Ancaq trans insanla dost olmaq başqasıyla dost olmaqdan fərqlənmir və həyatda fərqli baxış bucağına sahib olmaq çox faydalıdır”.

“Məni mən edən hər şeyi sevirəm, dəyişmək istədiyim tək şey bədənim idi. İndi bədənim obrazıma uyğun gəldiyi üçün mən də xoşbəxtəm” deyə Sevinc əlavə edir.

Leave A Reply