“Turan Tovuz” yenə gündəmdədir.
Buna səbəb “Araz-Naxçıvan”la oyundakı hakim qərarı olub.
Matçın 14-cü dəqiqəsində rəqib futbolçu Roderik Millerin üzünə təpik vurub, hakim isə sarı vərəqə ilə kifayətlənib.
Bu gün isə AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker deyib ki, qərar doğru idi.
Ötən tur “Sabah”la səfər qarşılaşmasında “Turan Tovuz”un qələbə qolu sayılmamışdı.
Azarkeşlər liqaya qələbələrlə başlayan, bir neçə tur lider olan Tovuz təmsilçisinə qarşı ayrıseçkilik olduğunu deyirlər.
Sizcə, nə baş verir?