Sima Acan Kanadada Parlamentə seçilən ilk türk əsilli deputat oldu.

Kanada federal seçkilərində Sima Acan, Liberal Partiyanın namizədi olaraq, Ontario əyalətinin yeni yaradılmış Oakville West dairəsindən parlamentə seçilə bilib.

45 yaşlı mühəndis və iş qadını olan Acan, 21 il əvvəl Kanadaya köçüb və burada cəmiyyətə xidmət etməyi özünə məqsəd qoyub. Seçki gecəsində tərəfdarlarına “Biz bacardıq” deyərək, bu qələbənin həyatını dəyişdirdiyini bildirib. 

Oakville West dairəsi, 2022-ci ildə əhali artımına uyğun olaraq yaradılmış və 2025-ci ildə ilk dəfə seçkilərdə iştirak edib.

Azərbaycanda hansı qadın namizədin seçki kampaniyası aparıb, seçkilərdə qalib gəldiyini görmüsüz? 

Leave A Reply