“Bektaşi dövləti” müzakirəsi: Türkiyə bektaşiləri qarşıdır.
Türkiyə bektaşiləri Albaniyada “Bektaşi dövləti” qurulması ideyasını tənqidlə qarşılayıblar.
Türkiyə bektaşilərinin lideri Əli Heydər Ərcan Dədəbabanın göstərişi ilə Xəlifəbaba Hacı Dursun Gümüşoğlu ictimaiyyəti məlumatlandırıb:
“İmperial təzyiq və planlarla belə bir struktur qəbul olunsa və rəsmi kimlik qazansa belə, bizim üçün mənəvi cəhətdən heç bir etibarlılığı olmayan bir təşəbbüsdür. Bu, sadəcə olaraq imperial dövlətlərin ələvilik inancından faydalanmaq üçün açdıqları tələdir”.
Bektaşi dövlətinin rəhbəri olacağı deyilən Baba Mondi ilə bağlı aşağıdakı ifadələr istifadə olunub:
“Baba Mondi dədəbaba sisteminə bağlı olmadığı üçün bektaşilik yolundan kənardadır və yox hökmündədir. Baba Mondinin özünü dünya bektaşilərinin lideri adlandırması qəbuledilməzdir”.