Türk lirəsi dəyər itirməyə davam edir.
Financial Times yazır ki, Ərdoğanın rəqibi Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyə iqtisadiyyatı əhəmiyyətli zərər görüb. Mərkəzi Bank, lirənin dəyərini qorumaq üçün rekord səviyyədə, təxminən 12 milyard dollar xərcləyib. Buna baxmayaraq, lirə ABŞ dollarına qarşı 11% dəyər itirib. Eyni zamanda, İstanbul BIST 100 indeksində təxminən 8% azalma müşahidə edilib.
Bu hadisələr, Türkiyənin iqtisadi islahat proqramına və inflyasiyanın azaldılması səylərinə ciddi təzyiq göstərir. İnflyasiya əvvəlki 85%-dən 39%-ə düşsə də, siyasi gərginlik investorların narahatlığını artırır və iqtisadi sabitliyi təhdid edir.
Ekspertlər deyirlər ki, siyasi gərginlik artıqca lirə dəyər itirməyə davam edəcək.
